Lerik rayonu, Lüləkəran kəndində (rayon mərkəzindən 5 km aralı) 3 ailəyə məxsus ümumi sahəsi 144 kv.m olan birmərtəbəli yaşayış evinin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.
"Qafqazinfo" FHN-nin saytına istinadən xəbər verir ki, mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın saat 14:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31