Redaktorun işinə baxacaq hakimlərin adı bəlli oldu

Məlum olduğu kimi, daxili işlər naziri Ramil Usubovla fövqəladə hallar naziri Kəmaləddin Heydərov "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidə qarşı xüsusi ittiham qaydasında məhkəmə iddiası qaldırıblar. "OLAYLAR"a daxil olan məlumata görə, artıq işə baxacaq hakimlərin adı bəlli olub. Belə ki,  Q.Zahidin Cinayət Məcəlləsinin 147.1 maddəsilə məsuliyyətə cəlb olunmasını tələb edən daxili işlər naziri Ramil Usubovun şikayəti üzrə işə hakim Zəfər Quliyev baxacaq.  Proses martın 12-nə təyin olunub.  Fövqəladə hallar naziri Kəmaləddin Heydərovin şikayəti üzrə isə işə hakim Anar Rzayev  baxacaq.  K.Heydərov  baş redaktorun CM-nin 147.2 maddəsilə məsuliyyətə cəlb olunmasını tələb edir. Bu iş üzrə məhkəmə prosesinin vaxtı hələlik təyin olunmayıb. Xatırladaq ki, nazirlərin məhkəməyə müraciət etməsinə səbəb "Azadlıq" qəzetində dərc olunmuş "Ramil Usubov Kəmaləddin Heydərova qəzəblənib" başlıqlı məqalədir. Q.Zahidin özü məslə ilə bağlı açıqlamasında məhkəmədə iştirak edəcəyini və ittihamlara şəxəsən cavab verməyə hazır olduğunu deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31