Azərbaycanda kürü oğruları tutuldu

Azərbaycanda kürü oğurlayanlar həbs olunub. 
"Qafqazinfo"nun DİN-in saytına istinadən məlumatına görə, Sumqayıt ŞPİ 3-cü əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 3-də PB Nadir Hacıbalayevin idarə etdiyi "Hyundai H-100" markalı mikroavtobusdan 216 manat dəyərində kürünü oğurlamış Sumqayıt şəhər sakinləri Rasim Mirzəyev və əvvəllər məhkum olunmuş Şamil Hüseynov tutulublar..

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31