Azərbaycanda dəm qazı daha bir can aldı
7 Mart 2013 13:03 KriminalÖtən gün Azərbaycanda 3 nəfər dəm qazından zəhərlənib, bir nəfər dünyasını dəyişib. Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, ötən gün Sumqayıt şəhər sakini Elsevər İbrahimov, Gəncə şəhər sakini Şamil Musayev, Füzuli rayon sakini Gültac Həsənova evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.
Dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmiş Samux rayonunun Nəbiağalı qəsəbə sakini Fatma Verdiyeva orada ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31