Naxçıvanda ağır yol qəzası baş verib, bir nəfər ölüb
7 Mart 2013 12:07 KriminalNaxçıvanda ölümlə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə bildiriblər ki, bu gün səhər saat 8:00 radələrində iki "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 1964-cü il təvəllüdlü şəxs hadisə yerində ölüb. Onun şəxsiyyəti hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31