Çingiz Əliyev vəzifəsindən azad edilib

Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentinin direktoru Çingiz Əliyev vəzifəsindən azad edilib. İlkin məlumatlara görə Çingiz Əliyevin vəzifədən azad edilməsi hərbi qulluqçularla bağlı Məhkəmə qətnamələrin icra edilməməsi ilə əlaqədardır.
Məsələyə aydınlıq gətirmək üçün Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti ilə qurumun rəsmi veb səhifəsində göstərilən (+994 12) 434 60 18 telefon vasitəsilə əlaqə saxlamağa cəhd etdik . Bir saat ərzində təkrarən zəng etsək də dəstəyi qaldıran olmadı.
Qurumun rəsmi vebsəhifəsində göstərilən elektron ünvana ([email protected]) məktub yazmışıq. Hələlik cavab yoxdur.
Araşdırmalarımız davam edir, bizi izləyin."MilAz" İA.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31