Bakıda silah alverçisi avtomat satanda ələ keçdi
6 Mart 2013 15:52 KriminalBakıda silah alverçisi avtomat satarkən yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, silah alverçisini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları aşkarlayıb. İdarə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakini Şamxal Abışov 1 ədəd "AKMS" markalı silahı və 21 ədəd avtomat patronunu Keşlə qəsəbəsinin ərazisində satarkən tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31