Bakıda Beynəlxalq Bankın pul bankomatı yandı

Bakıda pulla dolu bankomat yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə Yasamal rayonunda baş verib. Gecə saatlarında "Beynəlxalq Bank"a məxsus bankomatın ekranının ətrafında olan plastmas üzlüyü yanıb. Bankomatın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31