20 yaşlı qız ailəsini gözüyolda qoydu VIDEO

Qusar sakini evdən çıxıb və bir daha geri qayıtmayıb

Qusar rayonu Şirvanovka kəndində gənc qız itkin düşüb. Qusar rayon Polis Şöbəsindən ANS-ə verilən məlumata görə, kənd sakini 20 yaşlı Məryəm Hacımət qızı Ramazanova 20 fevral 2013-cü il tarixində səhər saat 08:00 radələrində heç kimə xəbər vermədən evdən çıxıb və bir daha geri qayıtmayıb.
Məryəm Ramazanovanın əlamətləri- boyu 163 sm, saçı düz, açıq şabalıdı rəngli, özlərinin rəngi göy, arıq bədən quruluşludur. Evdən çıxarkən onun əynində ağ rəngli qısa gödəkçə, qara şalvar və qara uzunboğaz dəri çəkmə olub.
Məryəm Ramazanovanı görənlərdən, yaxud, onun haqqında hansısa bir məlumatı olanlardan Qusar polisinə məlumat vermələri xahiş olunur. Bununla bağlı məlumat ANS-in 24 saat xidmətinizdə olan 050-203-02-02 saylı "Qaynar xətt"inə zəng vurmaq olar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31