Ev təmir edən usta dəm qazından öldü

Onun həyatını həkimlər xilas edə bilməyib

Gəncədə ev təmir edən usta dəm qazından zəhərlənərək ölüb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Gəncə şəhər sakini Kamal Mustafayevin evində, orada təmir işləri aparan qonşusu İsmayıl Babayev dəm qazından zəhərlənib. Onun həyatını həkimlər xilas edə bilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31