İstirahət mərkəzində fahişəxana aşkarlandı

“Gölüstü” istirahət mərkəzinin icarədarı tutulub

İsmayıllıda fahişəxana aşkarlanıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, İstisu kəndinin ərazisindəki "Gölüstü" istirahət mərkəzinin əxlaqsızlıq yuvası kimi işlədiyi məlum olub.
Polisin keçirdiyi əməliyyat nəticəsində məlumat öz təsdiqini tapıb. Oranın icarədarı Yardımlı rayon sakini Əcəmi Canəliyev tutulub. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31