Moskvada azərbaycanlı polkovnik güllələndi

Moskvada azərbaycanlı polkovnik Adil Mahmudov restoranda nahar edən zaman qətlə yetirilib. Bu barədə Trend Rusiya KİV-ə istinadən məlumat verir. 
Başından güllələnən həmyerlimiz hadisə yerindəcə dünyasını dəyişib. Mahmudovun qafqaz əsilli naməlum şəxs tərəfindən qətlə yetirildiyi bildirilir.
1967-ci il təvəllüdlü Adil Mahmudovun Rusiya Müdafiə Nazirliyinin əməkdaşı olduğu deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31