Sumqayıtda iki bacı dəm qazından zəhərlənib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə martın 4-də Köhnə Corat qəsəbəsində baş verib. Qəsəbə sakinləri Zümrüd Mirzəyeva və onun bacısı Vəfa evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31