Bakıda dəhşətli qəza, ölən və yaralananlar var
5 Mart 2013 14:55 KriminalBakıda ölümlə nəticələnən daha bir ağır yol qəzası baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə martın 5-də saat 01.15 radələrində Sabunçu rayonu Pirşağı qəsəbəsinin ərazisində baş verib. Abşeron rayon sakini Məharət Əliyevin idarə etdiyi "Mercedes" markalı, Bakı şəhər sakinləri Dilşad Əliyevanın idarə etdiyi "VAZ-2103" markalı və Qafar Qafarovun idarə etdiyi "BMW" markalı avtomaşınlar toqquşub. Nəticədə Q.Qafarovun sərnişini - Bakı şəhər sakini Aydın Rzayev hadisə yerində ölüb, xəsarət almış özü və Ə.Ənnağıyev xəstəxanaya yerləşdirilib.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31