Avtomobil oğurluğu ilə məşğul olan 3 mütəşəkkil dəstə yaxalandı

Azərbaycanda avtomobil oğurluğu ilə məşğul olan bir neçə mütəşəkkil dəstə ələ keçib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, iyunun 3-də Səbail rayonu ərazisində Bakı şəhər sakini Amil İsmayılova məxsus "VAZ-21011" markalı avtomaşını qaçırmağa cəhd göstərmiş Qobustan rayon sakini Ruslan Qəniyev və Şamaxı rayon sakini Yusif Şükürov Çevik Polis Alayı əməkdaşları tərəfindən tutularaq araşdırmalar aparılması üçün Səbail RPİ 8-ci PB-yə təhvil verilib. Göyçay RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə iyun ayınn 1 və 2-də Famil Həsənova, Mərdan Nəhmətova, Eldəniz Hacıyevə və Ədalət Mikayılova məxsus avtomaşınlardan maqnitofonlarını və səsgücləndiricilərini sökərək oğurlamış rayon sakinləri Vasif Hacıyev və Səxavət Qəhrəmanov tutulub.
İyunun 2-də Rəşid Umayevə məxsus qaçırılmış "VAZ-2107" markalı avtomaşın isə Şabran şəhəri ərazisində yolun kənarındakı maneəyə vurulmuş vəziyyətdə tapılıb. Şabran RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Şamaxı rayon sakinləri Röyal Əhmədov və Eldar Umarov tutulublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31