Bakıda 1 kiloya yaxın marixuana satan sabirabadlı ələ keçdi
4 İyun 2012 17:24 KriminalBakıda narkotika alveri ilə məşğul olan Sabirabad sakini külli miqdarda narkotika satarkən ələ keçib. Bu barədə "OLAYLAR"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Hadisə iyunun 4-də baş verib. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sabirabad rayon sakini, əvvəllər məhkum olunuş Valeriy Kolesnikov 705 qram marixuananı 500 dollara satarkən tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31