Bir həftə əvvəl köçdüyü ev yandı
5 Mart 2013 13:46 KriminalQubada 1977-ci il təvəllüdlü Bəhruz Süleymanova məxsus ev yanıb. Rtv.az məlumat verir ki, əraziyə FHN-nin Quba Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Alovun qarşısı alınıb. Ümumi sahəsi 72 kv.m olan 2 otaqlı yaşayış evinin 36 kv.m ərazisi içindəki əşyalarla birlikdə tamamilə yanıb. Evə bitişik yardımçı tikili isə yanğından mühafizə olunub. Hadisə zamanı evdə heç kim olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Bəhruz Süleymanov yeni tikdiyi evə cəmi 1 həftə öncə köçüb. Faktla bağlı araşdırma aparılır. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31