Bakıda dəhşətli qəza, “KAMAZ” “Jiquli”ni tapdaladı, ölən var
5 Mart 2013 11:55 KriminalBakıda dəhşətli yol qəzası baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda "KAMAZ" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobili toqquşub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, hər iki avtomobil deformasiyaya uğrayıb, "VAZ" markalı avtomobildə olan sərnişin hadisə yerində ölüb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsin meytini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Həmçinin, xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüb. Əməliyyat saat 00:22-də başa çatıb.