Azərbaycanda 21 yaşlı gənc yaxınlarını sarsıtdı

Gənc xəstəlikdən qurtulmaq yolunu intiharda tapıb

Ötən gecə Lənkəranda 21 yaşlı gənc həyatına son qoyub. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Liman şəhəri İbayev küçəsi 103 ünvanında yaşayan 1992-ci il təvəllüdlü Kamal Tərlan oğlu Zeynallı özünü yaşadığı evdə asıb.Onun meyidini ailə üzvləri asılmış halda aşkarlayıb. Onun ruhi xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31