DİN Bakıdakı silahlı insident barədə məlumat yaydı
4 Mart 2013 15:12 KriminalDaxili İşlər Nazirliyi martın 2-də Türkan qəsəbəsində iki nəfərin ölümü ilə nəticələnən silahlı qarşıdurma barədə məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, martın 2-də saat 15.30 radələrində Xəzər rayonu Türkan qəsəbəsinin ərazisində Bakı şəhər sakinləri Cabbar İbrahimov, Xəlifəli Rəhimov, Mirxalid Rəhimov və qəsəbə sakinləri Elman Zeynalov, onun qardaşları Taleh və Bəhruz arasında baş vermiş münaqişə zamanı C.İbrahimov ov tüfəngindən atəş açaraq E.Zeynalovu və Talehi qətlə yetirmiş, Bəhruzu isə yaralayıb.
Bəhruz xəstəxanaya yerləşdirilib.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri birgə tədbirlərlə C.İbrahimov, X.Rəhimov və M.Rəhimov tutulub, hadisə yerindən "İJ" markalı ov tüfəngi və 6 ədəd boş patron gilizi və 2 ədəd patron götürülüb. İlkin yoxlama prokurorluq tərəfindən aparılır.