Gəncədə silahlı şəxs yaxalandı
4 Mart 2013 15:07 KriminalGəncə şəhərində silahlı şəxs yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini İsmayıl Hacıyevdən 1 ədəd "AKSU" markalı silah və 29 ədəd avtomat patronu götürülüb. İ.Hacıyevin evinə baxış zamanı əlavə 200 ədəd avtomat patronu və 3 ədəd patron darağı da aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31