Kolumbiyanın ən böyük narkomafiya rəhbəri yaxalandı

Venesuelada Kolumbiyanın ən böyük narkomafiyalarından birinin rəhbəri saxlanılıb.Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, Venesuelanın daxili işlər və ədliyyə naziri Tarek El Aissami deyib ki, "Dieqo Rastroxo" ləqəbi ilə məşhurlaşan Dieqo Peres Enao bazar günü Barinas ştatında yaxalanıb.
Dieqo Peres Enao "Los Rastroxos" cinayətkar qruplaşmasının rəhbəridir. O, bundan əvvəl yüzlərlə insanı qətlə yetirən yarımhərbi qrupun rəhbəri olub. Kolumbiya hüquq-mühafizə orqanları 10 ildən çoxdur ki, Dieqo Peres Enaonu yaxalamaq istəsə də, indiyə qədər səylər nəticə verməyib. Venesuela hüquq-mühafizə orqanları narkomafiya rəhbərlini yaxalamaq üçün əməliyyat keçirərkən kolumbiyalı tərəfdaşları ilə birgə hərəkət edib. Dieqo Rastroxo ilə birlikdə 3 mühafizəçisi də yaxalanıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31