Bakıda bağ evində meyit aşkar edilib

Pirşağıda bir nəfər özünü asaraq intihar edib. Sabunçu rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, martın 3-də Sabunçu rayonu Pirşağı qəsəbəsində qəsəbə sakini, 1963-cü il təvəllüdlü Əliyev Şakir Firudin oğlunun bağ evində meyiti aşkarlanıb.
Əliyevin özünü asaraq intihar etdiyi bildirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31