Azərbaycanda magistral yolda körpü uçub, yol bağlanıb
4 Mart 2013 09:48 KriminalCəlilabad. Ağəddin Babayev - APA. Ələt-Astara magistralı yolunun 140-cı kilometrliyində - Cəlilabad şəhəri ərazisində körpü uçub.APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında baş verib.Sement daşıyan ağır tonnajlı yük maşını Mişarçayın üzərindən keçmək istəyərkən qəfildən körpü aşıb. Sürücünün sayıqlığı sayəsində maşını vaxtında körpünün kənara çəkmək mümkün olub.Uzunluğu 20, eni 10 metr olan körpünün uçması ilə Bakı və əks istiqamətdə avtomobillərin hərəkəti dayanıb. Müvafiq qurumların qəza briqadaları hadisə yerinə cəlb olunublar. Nəqliyyatın hərəkətinin bərpası üçün alternativ yolun çəkilişi istiqamətində tədbirlər görülür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31