Azərbaycanda orta məktəb şagirdi qəza törədtdi: 1 ölü, 2 yaralı

Atasının maşınını sürücülük vəsiqəsi olmadan idarə edən 16 yaşlı Əli Vahidov qəzada dünyasını dəyişib

Bakı-Şamaxı yolunda bir nəfərin ölümü, iki nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın məlumatına görə, hadisə martın 3-də axşam saat 22:30 radələrində yolun 126-cı kilometrliyində, Şamaxı şəhəri ərazisində qeydə alınıb.Şamaxı sakini, 1997-ci il təvəllüdlü Vahidov Əli Elçin oğlu 99-PP-575 dövlət nömrə nişanlı "Nissan Micra" markalı minik maşını ilə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və maşını yolun kənarındakı ağaca çırpıb.Hadisə nəticəsində Əli Vahidov dünyasını dəyişib, sərnişinlər-1998-ci il təvəllüdlü Məmmədov Hakim Nadir oğlu və 2002-ci il təvəllüdlü Mahmudov Şahmurad Mahmud oğlu ağır bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.Qeyd edək ki, Əli Vahidovun orta məktəbin 11-ci sinifində oxuduğu və sürücülük vəsiqəsi olmadan atasına məxsus avtomobili idarə etdiyi bildirilir.Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31