Azərbaycanda Gürcüstana gedən qatarda kimyəvi maddə dağılıb
Qatarının sisternlərindən birində kimyəvi maddənin (sulfat turşusu) sızması qeydə alınıb
1 Mart 2013 16:50 KriminalAzərbaycanda Gürcüstana gedən qatarda kimyəvi maddə dağılıb. ANS PRESS-in məlumatına görə, Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Kürdəmir rayonu ərazisində Karrar dəmiryol stansiyasının yaxınlığında Sumqayıt şəhərindən Rustavi şəhərinə (Gürcüstana) gedən yük qatarının sisternlərindən birində kimyəvi maddənin (sulfat turşusu) sızması qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb edilblər. Aidiyyəti qurumlar məlumatlandırılıblar. Hazırda qəzanın nəticələrinin aradan qaldırması istiqamətində müvafiq işlər görülür. Əlavə məlumat veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31