Bakıda ofisiant oğlan xüsusi amansızlıqla öldürülüb

Bakıda vətəndaş xüsusi amansızlıqla öldürülüb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə martın 1-də Xətai rayonunda baş verib. Bakı şəhər sakini Mövlam Mövlamov baş nahiyəsindən aldığı xəsarətdən ölüb. Nərimanov RPİ 17-ci PB-də aparılan araşdırmalar zamanı həmin gün M.Mövlamovun Xətai rayonu ərazisində, işlədiyi kafenin qarşısında, Cəlilabad rayon sakini iş yoldaşı Adəm Əsədov tərəfindən münaqişə zəminində küt alətlə döyülməsi müəyyən edilib. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Nərimanov RPİ tərəfindən aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31