Heroin alverçiləri Bakıda saxta əskinas satarkən tutuldular
1 Mart 2013 13:48 KriminalBakıda heroin alverçilərindən külli miqdarda saxta əskinaslar tutulub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydiği məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi və Yasamal RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Səkinə Əliyevadan 0,253 qram, Yusif Həsənovdan 0,267 qram, Rüstəm Hüseynovdan 0,215 qram, Nizami Mahmudovdan isə 1,343 qram heroin götürülüb. S.Əliyevanın yaşadığı evə baxış zamanı 21 ədəd 100 manatlıq, 2 ədəd 50 manatlıq, 10 ədəd 20 manatlıq, 5 ədəd 10 manatlıq, 8 ədəd 5 manatlıq, 1 ədəd 1 manatlıq saxta əskinazlar (cəmi 2491 manat) və 1 ədəd sürətçıxaran aparatı aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31