Bakıda bankdan saxta yolla pul çıxaranlar ifşa olunub
1 Mart 2013 13:46 KriminalBakıda bankdan saxta yolla pul götürmək istəyən mütəşəkkil dəstə ələ keçib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, cari ilin yanvar ayının 11-də Bakı şəhər sakinləri Fatma Ağayevanın və Elbrus Şəmsiyevin "Ekspress" banka saxta arayış təqdim edərək, oradan 1500 manat pul götürmələri Nizami RPİ 24-cü PB əməkdaşları tərəfindən müəyyən edilib. Faktla əlaqədar cinayət işi başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31