Azərbaycanda silahlı insident
1 Mart 2013 12:31 KriminalFevralın 28-də Samux rayonunun Poylu kəndi ərazisində silahlı insident baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, kənd ərazisində mal-qara otaranlar Kəlbəcər rayon sakini Əli Muradov ilə rayon sakini Məhəmməd Bayramov arasında münaqişə baş verib. Bu zaman Ə.Muradovun ov tüfəngindən açdığı atəşdən M.Bayramov baş nahiyəsindən yüngül xəsarət alıb.
RPŞ əməkdaşları tərəfindən Ə.Muradovdan 1 ədəd ov tüfəngi götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31