Rusiya-Azərbaycan sərhədində avtomaşından silah və sursat aşkar edildi

Xaçmaz Gömrük İdarəsinin "Samur"gömrük postunun gömrük nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan Gülağa Cəfərovun idarə etdiyi "FORD TRANZİT" markalı avtomaşına gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı avtomaşından hər biri 250 qram olmaqla 100 qutu "Sokol" markalı barıt, hər qutuda 25 ədəd olmaqla 16 qutu 12/70 kalibrli və hər qutuda 25 ədəd olmaqla 16 qutu 16/70 kalibrli istifadə olunmamış boş gilizlər, eləcə də 150 ədəd 16 kalibrli, 30 ədəd 12 kalibrli istifadə olunmuş boş gilizlər, 1 qutu piston, 1 ədəd "İJ-18" modelli 174689 nömrəli tüfəng, 1 ədəd çaxmaq, 2 kq qırma və 50 ədəd 5,6 mm kalibrlik güllələr aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31