Bakıda bir nəfər "VAZ-2107"-nin qurbanı oldu
1 Mart 2013 11:55 KriminalBuzovna-Bilgəh yolunda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Xətai Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, fevralın 28-də Xətai rayonunda, Buzovna-Bilgəh yolunda "Nəzir market"in qarşısında "VAZ-2107" markalı "90-FJ-079" dövlət nömrə nişanlı avtomobili idarə edən sürücü, 1989-cu il təvəllüdlü Əliyev Elvin Aşur oğlu yolu keçən piyada, Bakı şəhər sakini, 1956-cı il təvəllüdlü Mürvətov Tahir Məmməd oğlunu vurub.
Nəticədə zərərçəkmiş hadisə yerində ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə əsasən cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31