Qusarda 19 yaşlı qız yoxa çıxdı

Qız fevralın 20-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb

Qusar rayonunda 19 yaşlı qız itkin düşb. Rayon Polis Şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, Çirvanovka kənd sakini, 1994-cü il təvəllüdlü Məryəm Ramazanova itkin düşüb. Qız fevralın 20-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. 
Məryəm Ramazanova evdən çıxarkən özü ilə şəxsiyyət vəsiqəsini və pul götürüb. Qusar rayon Polis Şöbəsində qızın tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilшr.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31