Azərbaycanda güclü partlayış: 5 yaralı
1 Mart 2013 11:36 KriminalŞəmkir rayonunda yaşayış evində güclü partlayış baş verib. Lent.az-ın Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, Zəyəm qəsəbəsində baş vermiş partlayış nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Şəmkir Mərkəzi Rayon Xəstəxanasından yaralılardan ikisinin səhhətini ağır, digər üçünün vəziyyətini isə orta kimi qiymətləndiriblər.
Hadisəyə ilkin səbəb kimi mənzildə qaz sızması göstərilir. Hazırda müvafiq araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31