Bakıda 41 yaşlı kişi evi ilə birgə yanıb öldü
1 Mart 2013 11:18 KriminalBakıda 41 yaşlı kişi evində müəmmalı halda yanıb ölüb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib. 1972-ci il təvəllüdlü Davud Həsən oğlu Babayevə məxsus ümumi sahəsi 15 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı qonşu evlər yanğından mühafizə olunub. Yanğın yerinin kəşfiyyatı zamanı hadisə yerində ev sahibinin cəsədi aşkarlanıb. Yanğın saat 23:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31