Azərbaycan Ordusunun əsgəri özünü güllələdi

Hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır

Azərbaycan Ordusunun əsgəri özünü güllələyib. ANS PRESS-in məlumatına görə, Şəmkir hərbi birləşməsinin əsgəri, Qazax rayonundakı "N" saylı hərbi hissədə xidmət edən 1990-cı il təvəllüdlü Seymur Mürvət oğlu Allahverdiyev postda olarkən tabeliyində olan avtomat silahdan atəş açaraq özünü güllələyib. Əsgər aldığı güllə yarasından dünyasını dəyişib.

Müdafiə Nazirliyi mətbuat xidmətindən ANS PRESS-ə faktı təsdiqləyiblər. Hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31