Tanınmış azərbaycanlı repçi həbs olundu
28 Fevral 2013 17:30 KriminalTanınmış azərbaycanlı repçi Səid Əliyev (Dado) Nəsimi rayon polisi tərəfindən saxlanılıb. O, hakimiyyət nümayəndəsinə tabesizlik göstərdiyinə görə, 10 sutkalıq azadlıqdan məhrub edilib. Milli.Az xəbər verir ki, bu barədə Day.Az-a repçinin qardaşı Əli Əliyev bildirib."Qardaşımı yol qəza hadissinə görə yol polisi idarəsinə çağırmışdılar. Ora getdi və məlum oldu ki, qardaşımın maşınının həmin qəzaya heç bir aidiyyatı yoxdur. Lakin yol polisi idarəsindən çıxanda polis əməkdaşı ilə arasında insident yaşanıb və onu həbsə salıblar", - o əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31