Bakıda 20 və 14 yaşlı iki qız yoxa çıxıb

Bakı şəhərinin Suraxanı rayonu ərazisində 2 qız itkin düşüb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 1993-cü il təvəllüdlü Sərxanova Rəhimə Nurağa qızının itkin düşməsi barədə 32-ci polis Bölməsinə məlumat daxil olub. 20 yaşlı qızın anası polisə müraciət edərək qızının itkin düşdüyünü deyib. 1999-cu il təvəllüdlü V.Ə-nin itkin düşməsi barədə isə Suraxanı RPİ-nin 30-cu Polis Bölməsinə müraciət edilib. Yeniyetmə qızın dayısı bildirib ki, V.Ə-dən 2 gündür ki, xəbər yoxdur. İlkin araşdırmalarla müəyyən edilib ki, R.Sərxanova ailə qurmaq məqsədi ilə sevdiyi şəxslə qaçıb. Hazırda hər iki müraciət əsasında müvafiq tədbirlər görülür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31