Bakıda “göydələn”də baş verən yanğının qarşısı alınıb

16 mərtəbənin elektrik kabelləri yanıb

Bakının mərkəzində hündürmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. Bu barədə "OLAYLAR"a Fövqəladə Hallar Nazirliyindən verilib. Məlumatda bildirilir ki, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının şaxtasında 2-ci mərtəbədən 18-ci mərtəbəyə kimi keçən elektrik kabelləri 150 p.m yanıb. Şaxtadan keçən digər kommunikasiya xətləri yanğından mühafizə olunb. Yanğın saat 12:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31