Azərbaycanda diş oğruları tutuldu
Həmin şəxslərdən birinin üstündən narkotik maddə tapıldı
28 Fevral 2013 15:31 KriminalLənkəranda stomotoloji kabineti qarət edən şəxslər tutulub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 25-də Vasif Məmmədova məxsus stomotoloji kabinetdən 25-30 qram qızıl dişləri oğurlamış rayon sakinləri Ramiz Talıbov və Əşrəf Məmmədov tutulublar.
Ə.Məmmədovun evinə baxış zamanı 4,4 qram heroin və 15 ədəd qızıl diş aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31