Ağcabədidə dəhşətli partlayış, yaralanan var

Ağcabədi rayonunda mənzildə dəhşətli partlayış baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə fevralın 27-də saat 16.30 radələrində Ağcabədi rayonunda yaşayan Rəfiqə Məmmədovanın  evində baş verib. Təbii qazın sızmasından  baş verən ani partlayış nəticəsində evin pəncərə şüşələri sınmış, evdəki əşyalar dağılmış, yanıq xəsarəti almış orada kirayədə yaşayan Abşeron rayon sakini Sadiq Kamallı xəstəxanaya yerləşdirilmişdir. Vəziyyəti qənaətbəxşdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31