Göyçayda rəzalət, qəbiristanlıqdan dəmir hasarlar oğurlanıb
28 Fevral 2013 13:37 KriminalGöyçayda oğru dəstəsi qəbiristanlıqdan oğurluq edib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı xəbərdə deyilir ki, Göyçay RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 26-da şəhər qəbiristalığında qəbirlərin dəmirdən və alüminiumdan hazırlanmış hasarlarını oğurlamış rayon sakinləri Nurməmməd Qasımov, Tahir Qasımov və onun qardaşı İbrahim tutulublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31