Penitensiar Xidmətin əməkdaşı tutuldu

Iyunun 2-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməkdaşı həbs edilib. Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində yerləşən Bakı İstintaq Təcridxanasının əməkdaşı, ədliyyə serjantı Amin Rəhimov cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirməyə cəhd göstərib.Məlumata görə, A.Rəhimov saxlanılıb və onun üzərinə baxış keçirilərkən kəmərinin iç hissəsində marixuana bükümləri aşkarlanıb. A.Rəhimov həbs edilib və onun barəsində cinayət işi başlanılıb.İlkin məlumata görə, Xidmət əməkdaşı narkotik vasitəni cəza çəkən şəxslərdən birinə ötürürmüş.Penitensiar Xidmətin mətbuat xidmətindən Lent.az-a fakt təsdiqlənib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31