Sumqayıtda 50 yaşlı kişi intihar edib. Sumqayıt şəhər Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 29-cu məhəllədə yaşayan 1963-cü il təvəllüdlü Abbas Kazım oğlu Məmmədov evdə özünü asıb. Onun intihar etməsinin səbəbləri dəqiq bilinmir. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31