Bakının mərkəzində silahlı şəxs ələ keçdi
28 Fevral 2013 10:15 KriminalBakı şəhərinin Nəsimi rayonu ərazisində silahlı şəxs tutulub. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, metronun "28 May" stansiyası yaxınlığında 1983-cü il təvəllüdlü paytaxt sakini Teplyakov Aleksey Yuliyeviç polisi diqqətini cəlb edib. O, 22-ci Polis Bölməsinə dəvət olunub. Burada üstünə baxış keçirilən zaman A.Teplyakovun üzərindən "Makarov" markalı odlu silah-tapança aşkar olunub. Silah götürülüb.Hazırda fakt üzrə araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31