Bakıda qoca sevgilisini boğub öldürən şəxsə 14 il cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini qətlə yetirməkdə təqsirləndirlən 52 yaşlı Məhərrəmov Sabir Əhməd oğlunun məhkəməsi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə Sabir Məhərrəmov 14 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, ötən ilin oktyabrın 14-də Bülbülə qəsəbəsində yaşayan 69 yaşlı Vera Kərimova öz evində meyiti tapılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Məhərrəmov Sabir Əhməd oğlu ələ keçib.
Araşdırmalar zamanı məlum olub ki, uzun müddət Vera xanımın evində kirayə yaşayan Sabir həmdə onunla qeyri-rəsmi ər-arvad münasibətində olub. Hadisə günü yeyib-içən sevgililər arasında mübahisə düşüb, nəticədə  Sabir onu boğaraq qətlə yetirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31