Gözətçini qətlə yetirən oğru dəstəsinə hökm oxundu
27 Fevral 2013 17:39 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürmə və oğurluqda təqsirləndirilən Binnət İmaməliyev və Zöhrab Şamilzadənin məhkəməsi başa çatıb. Bu barədə məlumatı "OLAYLAR"a məhkəmədən veriblər. Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə Binnət İmaməliyev və Zöhrab Şamilzadə elan olunan ittihamla təqsirli bilinib 14 il müddətinə azadlıqdan məhrum ediliblər.
İttihama görə, təqsirləndirilən şəxslər ötən ilin iyunun 30-da saat 05:00 radələrində Gəncə prospektində yerləşən Bakı şəhər sakini Çiçək Əliyevaya məxsus mağazadan plastik qapını sındırma yolu ilə siqaret, danışıq kartları və ərzaq məhsulları oğurlayıb qaçarkən mağazanın gözətçisi Əfəsliyar Ağamirzəyev onları saxlamaq istəyib. Bu zaman oğrular Ə.Ağamirzəyevin baş nahiyəsinə küt alətlə vuraraq onu qətlə yetiriblər.