Bakıda içi pulla dolu seyf oğurlandı
Seyfi oğurlayan şəxs artıq tutulub
27 Fevral 2013 14:11 KriminalBakıda oğurluq etmiş şəxs yaxalanıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-də Ramil Quliyevə məxsus mağazadan içərisində 9000 manat pul və danışıq kartları olan seyfi oğurlamış Sumqayıt şəhər sakini Sələddin Quliyev müəyyən edilib.
S.Quliyev yaxalanaraq istintaqa təhvil verili. Araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31