Azərbaycanda sərnişin avtobusu qəza törətdi: ölən var
27 Fevral 2013 13:40 KriminalFevralın 26-da Bakı-Qazax yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, yolun Bakı istiqamətində olan hissəsində Kamandar Bağırov "Mercedes" markalı sərnişin avtobusu ilə 41 yaşlı Ədil Çıraqovu vurub. Nəticədə ağır bədən xəsarətləri almış piyada xəstəxanada dünyasını dəyişib.
Faktla əlaqədar cinayət işi açılıb, araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31