55 yaşlı kişi evində diri-diri yandı VIDEO
Faciəvi hadisə Şüvəlan qəsəbəsində baş verib
27 Fevral 2013 13:13 KriminalSiqaret faciəvi hadisəyə səbəb olub. Səhər bir nəfərin yanaraq can verdiyi hadisə Bakıda Xəzər rayonu Şüvəlan qəsəbəsində baş verib. Əncirlik stansiyası adlanan ərazidə tənha yaşayan Adil Qasımovun evinin yandığını görən qonşular dərhal yanğınsöndürənlərə xəbər veriblər.
Yanğınsöndürənlər alovun qarşısını aldıqdan sonra A.Qasımovun meyidini evdən aşkar ediblər.
Köməksiz vəziyyətdə qalan yanaraq can verən 55 yaşlı kişinin meyidini Məhkəmə Tibbi Ekspertizasının əməkdaşları morqa aparıblar. Qonşuların sözlərinə görə "Yanğına səbəb siqaretdən düşən köz səbəb olub".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31